AZ

“Bu seçkilər Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir”

“Milli Məclis seçkiləri yalnız Azərbaycanın vətəndaşları üçün deyil, bütün dünyada yaşayan azərbaycanlılar, o cümlədən diaspor nümayəndəsi olaraq bizlər üçün də böyük əhəmiyyət kəsb edir. Bu gün Şuşa, Xankəndi və digər tarixi bölgələrdə seçki məntəqələrinin qurulması ilə xalqımız öz doğma torpaqlarında səsvermə imkanı əldə edib. Bu hadisə bizə böyük qürur və sevinc hissi yaşadır”.

Bu fikirləri  “Seçki 2024”  Müstəqil Media Mərkəzinə açıqlamasında Avstraliyada Azərbaycan Assosiasiyaları İttifaqının rəhbəri, Kvinslend Azərbaycan Milli Assosiasiyasının sədri Fuad Aydinbəyzadə deyib. 

Diaspor təmsilçisi bildirib ki, bu seçkilər Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir: “Yeni seçilən parlament dünya azərbaycanlılarının birliyini gücləndirmək istiqamətində öz töhfələrini verə bilər. Bu, mədəni irsimizin və milli kimliyimizin qorunması və zənginləşdirilməsi baxımından həyati əhəmiyyət daşıyır. Xaricdə yaşayan azərbaycanlılar olaraq, biz bu seçkiləri ölkəmizin və xalqımızın gələcəyinə olan kollektiv məsuliyyətimizin bir əksi kimi görürük. Ümid edirəm ki, bu seçkilər xalqımız və vətənimiz üçün müsbət nəticələr verəcək və qlobal Azərbaycan icmamızın davamlı irəliləyişi üçün mühüm addımlar atılacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
yeniazerbaycan.com

10Mənbələr