AZ

QHT sədri: “Bu seçkilər yeni dövrün başlanğıcını simvolizə edən əbədi bir prosesin tərkib hissəsidir”

“Seçki hüququ beynəlxalq hüquq normaları səviyyəsində qəbul olunmuş, müasir demokratik cəmiyyətin sarsılmaz təməl daşlarından biridir. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması məhz bu hüququn demokratik prinsiplərə əsaslanaraq təmin edilməsi ilə həyata keçirilir. Seçki hüququ, xalqın öz iradəsini sərbəst ifadə etməsi, ölkənin gələcəyini müəyyənləşdirmək üçün seçilən şəxslərə etimad göstərməsi deməkdir. Bu, millətin öz taleyinə sahibliyini göstərən ən yüksək və sarsılmaz dəyərdir”.

 Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Regional Gender Mərkəzi” İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova deyib.

Onun sözlərinə görə, 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmiz üçün əlamətdardır və önəmlidir: “Çünki Zəfərdən sonra ilk dəfə olaraq parlament seçkiləri ölkəmizin bütün ərazilərində, suveren hüquqlarımızın bərpa olunduğu torpaqlarda da keçiriləcək. Keçmiş məcburi köçkünlər öz doğma torpaqlarında, əsrlərdən bəri əcdadlarının yaşadığı yerlərdə ilk dəfə olaraq səs verəcəklər. Bu, təkcə onların deyil, bütün Azərbaycan xalqının ürəyində böyük sevinc və qürur doğurur.

 Bu tarixi hadisə, xalqımızın keçdiyi çətin və şərəfli yola bir daha işıq salır, ölkəmizin gələcəyinə inamı daha da gücləndirir. Seçkilər, hər bir vətəndaşın milli birliyimizə, dövlətçiliyimizə və demokratiyamıza olan bağlılığını ifadə etməsi üçün tarixi bir imkan olacaq. Bu seçkilər, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirən, ölkəmizin beynəlxalq səviyyədə mövqeyini gücləndirən və yeni dövrün başlanğıcını simvolizə edən əbədi bir prosesin tərkib hissəsidir”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
yeniazerbaycan.com

10Mənbələr