AZ

Cəbrayıldan olan jurnalist: “Milli Məclis seçkisi Azərbaycanın bənzərsiz qüdrətini təcəssüm etdirir”

“Doğma Cəbrayılıma azad olunandan sonra ilk baş çəkən sakinlərdən biri olmuşam. Aradan cəmi 4 il keçib, Azərbaycan dövləti bu torpaqlarda çox sürətli quruculuq işləri həyata keçirib. İnfrastruktur yaradılıb, insanların geri dönüşü, yurdlarında məskunlaşması prosesi başlayıb. Artıq bu torpaqlarda seçki məntəqələri qurulur. İşğaldan azad edilmiş torpaqlarda səsvermə keçiriləcək. Vurğulamaq istədiyim odur ki, torpaqların işğaldan azad edilməsi, qalibiyyətli müharibə aparmaq bir qüdrətdirsə, müharibədən çıxmışbölgəni belə sürətlə abadlaşdırmaq başqa bir bacarıq, başqa bir qüdrətdir. Azərbaycanın Ali Baş komandanı heç bir dövlətin edə bilməyəcəklərini reallığa çevirib. Bu kontekstdə yanaşsaq, Milli Məclis seçkisi Azərbaycanın bənzərsiz qüdrətini təcəssüm etdirir”.

Bu fikirləri"Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri, Cəbrayıl rayonundan olan jurnalist Seymur Verdizadə deyib.

S. Verdizadə bildirib ki, Milli Məclis seçkiləri həm də demokratik prinsiplərə uyğun, şəffaf və ədalətli keçirilməsi ilə diqqət çəkir: “Hazırda seçki prosesinin ən dinamik mərhələsi sayılan təşviqat mərhələsi davam etməkdədir. Bu mərhələdə namizədlərə həm ödənişli, həm də ödənişsiz təbliğat aparmaq üçün imklanlar yaradılıb. Onlar ölkənin ən məşhur 58 media subyektində öz təşviqatlarını qura bilərlər. Namizədlərə qapalı və açıq tipli məkanlarda seçicilərlə canlı görüşlər keçirmək üçün dəşərait yaradılıb. Bütün bununla yanaşı onu da deməliyik ki, Azərbaycanda azad informasiya mühiti vardır. Ənənəvi media qurumları ilə yanaşı, yeni media platformaları da fəaliyyət göstərir. Sosial şəbəkələr namizədlərin təşviqat aparmaları üçün yeni platforma rolunda çıxış edir. Hər kəs öz platformasını istədiyi şəkildə auditoriyaya çatdıra bilir. Bir sözlə, indiki parlament seçkiləri bir tərəfdən işğaldan azad edilmiş əraziləri əhatə etməklə, digər tərəfdən isə demokratik mühitdə keçirilməsi ilə daha çox diqqət çəkir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
sia.az

10Mənbələr