AZ

London klubundan 30 milyonluq transfer

İngiltərənin “Fulhem” klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kristal Pelas”dan Yoahim Andersenu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Fulhem” danimarkalı mərkəz müdafiəçisi üçün onun klubuna 30 milyon funt-sterlinq təzminat ödəyib. 28 yaşlı futbolçu londonlularla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Kristal Pelas” Yoahim Andersonu 2021-ci ilin yayında “Lion”dan transfer etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
26
msport.az

10Mənbələr