AZ

Kazemiro "Qalatasaray"a transfer olmağı düşünmür

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironun taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, komandanı tərk etməyi düşünmür. 

Orta sahə oyunçusu son zamanlardakı uğursuz çıxışına baxmayaraq klubda qalmaq və heyətdəki yeri uğrunda mübarizə aparmaq əzmindədir.

İngiltərə mətbuatında yayılan xəbərlərə görə, braziliyalı futbolçu transfer pəncərəsi bağlanana qədər "Qalatasaray"ın transfer təklifini rədd edəcək.

Qeyd edək ki, Kazemiro "Liverpul"la matçda (0:3) "qırmızı şeytanlar"ın buraxdığı iki qolda səbəbkar olub. O, nəticədə oyunun fasiləsində əvəzlənib. 

Xatırladaq ki, yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Klublararası dünya çempionatının yeni loqosu - FOTO

“Yuventus” serbiyalı futbolçusunu Türkiyə klubuna sata bilər

"Çelsi"nin futbolçusu "Fənərbaxça" yolunda

Vüsal İsgəndərlinin komandası baş məşqçi ilə yollarını ayırıb

Aleks Telles Braziliya klubuna keçdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
apasport.az

10Mənbələr