AZ

Sanço yenə MY-yə lazım olmadı

Avqustun son günlərində “Mançester Yunayted”in heyətində növbəti dəyişikliklər edilib.

İngiltərə nəhəngi bir futbolçu alıb, bir oyunçu ilə vidalaşıb. MY Manuel Uqarteni transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanıb. Keçidin maliyyə detalları rəsmən açıqlanmayıb. Qeyd edək ki, Manuelin sonuncu klubu PSJ olub. Uruqvaylı futbolçu Fransa çempionatının son mövsümündə 25 oyunda meydana çıxıb.

“Yunayted”i tərk edən oyunçu isə Ceydon Sançodu. 24 yaşlı vinger “Çelsi”yə icarəyə verilib. London klubu cari mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malikdi. Bəzi mənbələr “Çelsi”nin Ceydona görə 25 milyon funt sterlinq ödəyəcəyini iddia edir. Sançonun son mövsümün ikinci yarısını əvvəlki klubu “Borussiya”da keçirdiyini xatırladaq. MY ona görə görə 2021-ci ilin yayında dortmundlulara 85 milyon avro ödəmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
football-plus.az

10Mənbələr