AZ

"Qalatasaray" MY-dən sonra "Arsenal"ın da qapısını döydü, amma...

"Arsenal"ın yarımmüdafiəçisi Jorjinyo "Qalatasaray"ın transfer hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, lakin London klubu onun üçün gələn təklifləri rədd etmək niyyətindədir. Bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Mançester Yunayted”in futbolçusu Kazemiro “Old Trafford”da qalmaq istədiyini açıq-aydın bildirdikdən sonra Türkiyə klubu diqqətini 32 yaşlı italiyalıya yönəldib. Jorjinyo ilə müqavilənin bitməsinə cəmi 1 il qalsa da, "Arsenal" onu heyətin dərinliyi baxımından mühüm futbolçu hesab edir.

Xüsusən də yeni transfer Mikel Merinonun zədələnməsi və Deklan Raysın cəzalanması fonunda Jorjinyo komanda üçün vacib simalardan birinə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
publika.az

10Mənbələr