AZ

Kir Starmer ilə Si Cinpin arasında telefon danışığı olub

London, 23 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, liderlər birgə əməkdaşlıq, Böyük Britaniya ilə Çin arasında ticarət, iqtisadiyyat və təhsil sahələrində potensial əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi, liderlər iqlim dəyişikliyi və qlobal təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Kir Starmer və Si Cinpin Böyük Britaniya-Çin münasibətlərinin sabit və ardıcıl olması, eləcə də onların xarici və daxili işlər üzrə nazirləri arasında dialoqun zəruriliyi və digər məsələlər haqqında danışıblar.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
azertag.az

10Mənbələr