AZ

Putin ÇXR-nın sədr müavini ilə görüşüb

Prezident Vladimir Putin, Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Çin Xalq Respublikasının sədr müavini Han Zheng ilə görüşüb. Putin, Çin Prezidenti Si Cinpinin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini və onunla ikitərəfli görüş keçirəcəyini gözləyir.

Fins.az xəbər verir ki, Putin, Çin və Rusiya arasındakı münasibətlərin "görünməmiş yüksək səviyyəyə" çatdığını vurğulayıb. O, Şərq İqtisadi Forumunda keçirilən görüşlərin, qarşılıqlı fəaliyyətin yeni sahələrini kəşf etməyə imkan verəcəyinə ümid etdiyini bildirib.

EEF 3-6 sentyabrda keçirilir. Sentyabrın 4-də Putin Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin və Malayziyanın baş naziri Ənvər İbrahimlə də görüşəcək.

May ayında Putin Çinə iki günlük səfər edərək Si Cinpin ilə görüşüb. Avqustda isə o, Kremlə Çin Dövlət Şurasının sədri Li Çianqı qəbul edib. Elə həmin ay, Çin səfiri Zhang Hanhui, Si Cinpinin Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.

Kaira Agayeva 

Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
fins.az

10Mənbələr