AZ

Si Tsinpin KXDR ilə strateji anlaşmanı dərinləşdirməyə hazır olduğunu açıqlayıb

Bakı. Trend:

Çin “yeni dövrdə” və “yeni vəziyyətdə” KXDR ilə stratejianlaşmanı dərinləşdirməyə, həmçinin koordinasiya və əməkdaşlığıgücləndirməyə hazırdır.

Trend xəbər verir ki, bunu Çin Prezidenti Si Tsinpinrespublikanın yaranmasının 76-cı ildönümü münasibətilə ŞimaliKoreya lideri Kim Çen Ina teleqramında qeyd edib.

“Yeni dövrdə, yeni vəziyyətdə Çin tərəfi Çin-Koreyamünasibətlərinə strateji səviyyədə və uzunmüddətli nöqteyi-nəzərdəndiqqət yetirməyə davam edəcək. Və Koreya tərəfi ilə stratejianlaşmanı dərinləşdirməyə, koordinasiya və əməkdaşlığıgücləndirməyə hazırıq.", - deyə Si Tsinpin qeyd edib.

Si Cinpin həmçinin Pekinin “Çin-Koreya dostluq və əməkdaşlıqmünasibətlərini birgə etibarlı şəkildə qorumağa, möhkəmgücləndirməyə və dinamik şəkildə inkişaf etdirməyə, sosializm işinibirgə irəli aparmağa” hazır olduğunu bildirib. Onun sözlərinə görə,bu, iki ölkə xalqlarının maraqlarına cavab verir, həmçinin“regionda və planetdə sülh və sabitliyin, inkişaf və rifahın təminolunmasına töhfə verir”.

Çin Xalq Respublikasının sədri qeyd edib ki, “Çin XalqRespublikası ilə KXDR arasında ənənəvi dostluq zaman keçdikcə dahada möhkəmlənir”. Si Cinpin KXDR-ə firavanlıq, xalqına isəxoşbəxtlik və firavanlıq arzulayıb.

Sentyabrın 9-da Şimali Koreya respublikanın yaranmasının 76-cıildönümünü qeyd edir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
az.trend.az

10Mənbələr