AZ

Koloniyada iğtişaş baş verib, girov və ölənlər var

Rusiyann Volqoqrad vilayətinidə  yerləşən 19 saylı koloniyada (İK-19) məhbuslar bir neçə islah zabitini öldürərək insanları girov götürüblər. Bu barədə  Rusiyanın teleqram kanalları xəbər verir.

İddia olunur ki, Volqoqrad vilayətinin Surovikinski rayonunda məhbuslar  19 saylı koloniyadaın ən azı üç əməkdaşını öldürüblər. Ən azı yeddi nəfər yaralanıb - onlar reanimasiyadadırlar, daha bir neçə nəfər isə girov götürülüb.

İlkin məlumata görə, məhbuslar müəssisənin bir neçə əməkdaşını girov götürüblər. Hücum edənlərdən birinin "terror aktı” maddəsi ilə mühakimə olunduğu bildirilir. Cəzaçəkmə koloniyasında fövqəladə vəziyyət elan edilib.

"Hücum intizam komissiyasının iclası zamanı baş verib, beşə qədər əməkdaş girov götürülüb, ilkin məlumata görə, dörd hücumçu olub”, - məlumatda deyilir.

Həmçinin, koloniyanın rəhbəri Andrey Devyatov haqqında mənbələrdən müxtəlif məlumatlar daxil olub. Bəzi mənbələrə görə, o hazırda xəstəxananın reanimasiya şöbəsindədir, bəzilərinə görə isə girov götürülüb.

FSIN, IK-19-da "girovların azad edilməsi üçün tədbirlər görüldüyünü" bildiri. Hələlik digər detalları açıqlamayıb.
 
İK-19-a gedən yol bağlanıb.
 
İddialara görə, hücum edənlər iki milyon dollar və bir helikopter tələb ediblər.

N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
anews.az

10Mənbələr