AZ

"Arsenal" Avropa çempionu ilə güclənib

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu "Real Sosyedad"dan Mikel Merinonu transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Arsenal" ispan yarımmüdafiəçi üçün onun klubuna 32+5 milyon avro təzminat ödəyəcək. 28 yaşlı orta xətt oyunçusu "topçular"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Real Sosyedad" Mikel Merinonu 2018-ci ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli futbolçu İspaniya milli komandası ilə Avro-2024-ün qalibi olub

"Liverpul"un ilk transferi Rabio ola bilər

Aleks Morenonun yeni ünvanı bəlli olub

Ronaldo "YouTube" platformasında rekorda imza atıb

Jorje Jesus ulduz oyunçunu Ərəbistana gətirmək istəyir

"Sivasspor" Manayın yerinə onu düşünür

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
apasport.az

10Mənbələr