AZ

"Arsenal" Avropa çempionunun transferini bildirdi

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İngiltərə klubu "Real Sosyedad"dan Mikel Merinonu transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Arsenal" ispan yarımmüdafiəçi üçün onun klubuna 32+5 milyon avro təzminat ödəyəcək. 28 yaşlı orta xətt oyunçusu "topçular"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, "Real Sosyedad" Mikel Merinonu 2018-ci ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli futbolçu İspaniya milli komandası ilə Avro-2024-ün qalibi olub.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
sportal.az

10Mənbələr