AZ

"Dünyadakı nüvə riskləri və strateji təhlükələrin əsas mənbəyi ABŞ-dir" - Çindən AĞIR ittiham

Çin rəsmiləri Co Baydenin  "Çin təhdidinə yenidən diqqət yetirən gizli nüvə strategiyası"nı təsdiqlədiyi iddiasına reaksiya verib.   Manset.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning Pekində keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Çinin nüvə arsenalının ölçüsü heç bir halda ABŞ ilə eyni səviyyədə deyil; "ABŞ nüvə arsenalını genişləndirmək və mütləq strateji üstünlük yaratmaq üçün Çinə qarşı təsdiqi olmayan iddilar səsləndirir, əslində isə dünyadakı nüvə riskləri və strateji təhlükələrin əsas mənbəyi ABŞ-dir". Mao onu da qeyd edib ki, Çin nüvə silahlarından "ilk istifadə edən olmamaq” siyasətini davam etdirir: “Çin nüvə silahından “ilk istifadə edən olmamaq” siyasətini izləyir və nüvə potensialını beynəlxaq müdafiədə minimum səviyyədə saxlayır. Bizim başqa ölkələrlə silahlanma yarışına girmək fikrimiz yoxdur”. Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Co Bayden Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırmış, Ağ Ev isə bununla bağlı heç bir açıqlama verməmişdi.        Fidan Əliyeva Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
manset.az

10Mənbələr