AZ

"Lamborghini"nin yeni modeli təqdim olundu: Xüsusiyyətləri və qiyməti - FOTOLAR

Dünyanın ən prestijli avtomobil markalarından olan "Lamborghini" yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, yeni model "Temerario" adlanır.

Yeni avtomobil "Huracan"ın xələfi hesab olunur. Lakin bu modeldə V10 motorunun əvəzinə V8 motoru istifadə olunacaq. Mühərrik həcmi isə 4.0 litrdir. Model qoşa turbomühərrikə sahibdir. 

Qeyd edək ki, "Temerario" 920 at gücündədir. O, sıfırdan 100 kilometr sürətə sadəcə 2,7 saniyədə çatır. Avtomobil 200 kilometr sürətə isə 7,3 saniyəyə çata bilir. Modelin maksimum sürəti də 340 kilometrdir. 

Model cari ilin sonunda və ya 2025-ci ilin əvvəllində satışa çıxarılacaq. "Temerario"nun qiyməti hələlik məlum deyil. Lakin avtomobilin təxminən 300-400 min avrodan satışa çıxarılması gözlənilir.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
7
hit.az

8Mənbələr