AZ

"Maserati" yeni modelini təqdim etdi: Maksimum sürət həddi neçədir?

Dünyanın ən populyar avtomobil brendlərindən olan "Maserati" yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, bu model "GT2 Stradale" adlanır.

O, "Maserati"nin indiyə kimi istehsal etdiyi ən sürətli avtomobil ünvanını daşıyır. Bu yarış avtomobili 631 at gücündədir. "GT2 Stradale" 0-dan 100 kilometr saata cəmi 2,8 saniyədə çıxa bilir. 

Modelin maksimal sürəti isə 323 kilometr/saatdır. Avtomobil 8 pilləli qoşa muftalı avtomatik transmissiyaya malikdir.

Qeyd edək ki, "Maserati GT2 Stardale" avtomobilinin nə vaxt satışa çıxacağı hələlik açıqlanmayıb. Həmçinin, onun qiyməti də hələ məlum deyil.

Pərviz

356340

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
7
hit.az

8Mənbələr