AZ

"Bentley" yeni modelin təqdim etdi - FOTOLAR

Dünyanın ən prestijli avtomobil brendlərindən olan "Bentley" yeni modelini təqdim edib.

Hit.az xəbər verir ki, "Flying Spur" modeli yenilənib.

Avtomobil 782 at gücünə və 4.0 litrlik mühərrikə sahibdir. Sözügedən model 100 saniyəyə 3,5 saniyədə çata bilir. Bu isə əvvəlki modeldən 0,5 saniyə daha tezdir. 

Üstəlik, "Flying Spur" hibrid mühərriki sayəsində heç benzin istifadə etmədən 76 kilometr məsafə qət edə bilir. Həmçinin, avtomobilin şarj olan versiyası da satışa çıxarılacaq. Onun tam enerji yığması üçün 2 saat 45 dəqiqə zaman lazım olacaq. 

Qeyd edək ki, 2023-cü ildə istehsal olunan "Bentley Flying Spur"un qiyməti 217 min dollar idi. Lakin sözügedən modelin 2024-cü il versiyasının qiyməti hələ açıqlanmayıb. Buna baxmayaraq, hibrid sisteminin də tətbiq olunması ilə birlikdə qiymətin artacağı proqnozlaşdırılır.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
7
hit.az

8Mənbələr