AZ

Mask Kadırovun yalanını ÜZƏ ÇIXARDI

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-nin "Tesla" şirkətinin istehsalı olan "Cybertruck" avtomobilini sınaqdan keçirib.

Olaylar xəbər verir ki, Kadırov həmin anın görüntülərini öz teleqram kanalında paylaşıb və avtomobilin ona şirkətin rəhbəri İlon Mask tərəfindən verildiyini iddia edib.

Götüntülərdə Çeçenistan rəhbərinin Qroznıda elektrikli "Cybertruck" pikapını sürdüyü yer alıb. Bununla yanaşı, sözügedən avtomobilin üzərində pulemyot quraşdırıldığını da görmək mümkündür. 

O, bununla yanaşı Maska təşəkkür edib və onu dahi insan adlandırıb. 

Kadırov, həmçinin avtomobili xüsusi hərbi əməliyyat zonasına göndərməyi vəd edib və amerikalı milyarderi Qroznıya səfərə dəvət edib. 

İ.Mask isə öz növbəsində Kadırova "Cybertruck" hədiyyə edilməsini təkzib edib. Belə ki, o, "X" sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərkən deyib: "Siz doğurdan da, o qədər axmaqsınız ki rusiyalı generala Cybertruck hədiyyə etdiyimi hesab edirsiniz?". (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
6
olaylar.az

8Mənbələr