AZ

"Rus generalına avtomobil verdiyimi düşünəcək qədər axmaqsınız?" - Mask (VİDEO)

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-nin “Tesla” şirkətinin istehsalı olan “Cybertruck” avtomobilini sınaqdan keçirib.   Manset.az xəbər verir ki, Kadırov həmin anın görüntülərini öz teleqram kanalında paylaşıb və avtomobilin ona şirkətin rəhbəri İlon Mask tərəfindən verildiyini iddia edib. Götüntülərdə Çeçenistan rəhbərinin Qroznıda elektrikli “Cybertruck” pikapını sürdüyü yer alıb. Bununla yanaşı, sözügedən avtomobilin üzərində pulemyot quraşdırıldığını da görmək mümkündür.  O, bununla yanaşı Maska təşəkkür edib və onu dahi insan adlandırıb.  Kadırov, həmçinin avtomobili xüsusi hərbi əməliyyat zonasına göndərməyi vəd edib və amerikalı milyarderi Qroznıya səfərə dəvət edib. 

İ.Mask isə öz növbəsində Kadırova “Cybertruck” hədiyyə edilməsini təkzib edib. Belə ki, o, “X” sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərkən deyib: “Siz doğurdan da, o qədər axmaqsınız ki rusiyalı generala Cybertruck hədiyyə etdiyimi hesab edirsiniz?”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
6
manset.az

8Mənbələr