AZ

Rayonlara yağış yağıb — FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Demokrat.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 19-u saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunub. Gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib.

Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
37
demokrat.az

10Mənbələr