AZ

Faktiki hava açıqlandı: Bu ərazilərdə...

Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
2
yenisabah.az

10Mənbələr