AZ

Naxçıvan MR-da 34 dərəcə isti olub - Faktiki hava

Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
12
big.az

10Mənbələr