AZ

Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı körpə Onurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mehri Əzizova məlumat verib.
O bildirib ki, övladı aprelin 12-də ehtiyatsızlıq səbəbindən yanıb.
"Onurun bir yaşı var. Aprelin 12-də evdə qaz piltəsi ilə oynayarkən üzərinə içi qaynar su dolu çaydanı aşırıb. Hadisə baş verən kimi biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım bir müddət orada müalicə aldı və dəriköçürmə əməliyyatı keçirdi".
Mehri Əzizova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduqlarını deyib.
"Onur dəriköçürmə əməliyyatı olunub. Onurun dərisinin tutması üçün müalicəyə ehtiyacımız var. Dərmanlar və mazları almaq üçün 450 manata ehtiyacımız var. Dərmanlarını və mazlarını istifadə etmədiyimiz zaman onun yaraları suluqlayır, ağrıları artır. Yardımsevər şəxslərdən Onura dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 520-21-53.
Kapital Bank: 4169 7388 3418 3968.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
30
oxu.az

10Mənbələr