AZ

Yanıq xəsarətlərindən yata bilməyən bir yaşlı Ömərin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir yaşlı Ömərin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Kazımova məlumat verib.
O bildirib ki, fevralın 8-də övladının üzərinə termos aşıb və körpə yanıq xəsarətləri alıb.
"Biz İsmayıllı rayonunda yaşayırıq. Fevral ayında içində qaynar su olan termosu dartaraq üzərinə aşırıb. Qolları və ayaqları yanıb. Ömər bəzi günlər ağrılarına görə yata da bilmir. Həmin günü onu xəstəxanaya aparsaq da, uşağın vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən tibb müəssisələrindən birinə yola saldılar. Xəstəxanada müalicələr alsaq da, bir müddət sonra oradan çıxmalı olduq. Artıq bir müddətdir ki, Ömərin müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə davam etdiririk. Hazırda Ömərin mazlarını və dərmanlarını almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 302-45-54
Kapital Bank: 4169 7388 6602 0203.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
30
oxu.az

10Mənbələr