AZ

Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var

Bir yaşlı Kamranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Sitat.info xəbər verir ki, bu barədə  onun anası Xədicə Həsənova məlumat verib.

O bildirib ki, övladı mayın 26-da ehtiyatsızlıq səbəbindən yanıb:

"Kamranın bir yaşı var. O, mayın 26-da iməkləyərkən qaynar su dolu qazanı üzərinə aşırıb. Həmin gün biz onu xəstəxanaya apardıq. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə alsaq da, hazırda evə çıxmışıq".

Gənc ana övladının sağalması üçün dəstəyə ehtiyac olduğunu deyib:

"Kamranın sağalması üçün hazırda dərman və mazlara ehtiyacımız var. Bunun üçün isə bizim imkanımız yoxdur. Mazları və dərmanları almaq üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik"./ Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
sitat.info

10Mənbələr