AZ

Mask Trampla rəqs etdiyi videoya şərh verib

Sosial şəbəkələrdə ABŞ-li sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Bee Gees" qrupunun əfsanəvi "Stayin' Alive" mahnısı altında rəqs etmələri ilə bağlı qeyri-adi bir video peyda olub.

Mask özünün "X" hesabından videoya şərh verərək zarafatla qeyd edib:

"Narazılar deyəcəklər ki, bu, süni intellektdir".

Biznesmen, həmçinin əlavə edib ki, əgər keçmiş prezident etiraz etməsə, Trampla real həyatda rəqs etməyə hazırdır.

Qeyd edək ki, "Stayin' Alive" mahnısı 1977-ci ildə buraxılıb və "Bee Gees" qrupunun əsas hitlərindən birinə çevrilib. Kompozisiya Con Travoltanın baş rolda çəkildiyi "Saturday Night Fever" filminin çıxmasından sonra xüsusi populyarlıq qazanıb və filmin məşhur rəqs səhnəsində səslənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
2
sam.az

10Mənbələr