AZ

"Bığlarını kosmosdan yandıracağıq!" — Maskdan CAVAB

Amerikalı sahibkar və iş adamı İlon Mask Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarına gəlməsindən sonra Venesuela prezidenti Nikolas Maduronun bığını yandırmaq üçün “kosmik lazerdən” istifadə edəcəyini bildirib.

Demokrat.az xəbər verir ki, o, "X" sosial şəbəkəsində fikirlərini bölüşüb.

Onlayn istifadəçilər sahibkardan Maskın Venesuela hakimiyyətinin ölkədə X sosial şəbəkəsini bağlamaq qərarına cavab vermək üçün “kosmik lazerlər” hazırladığını soruşublar.

"Bığlarını kosmosdan yandıracağıq!" - Mask cavab verib.

Qeyd edək ki, Maduro "X"-in fəaliyyətini dayandırmaq barədə sosial şəbəkədə məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
8
demokrat.az

10Mənbələr