AZ

İlon Mask Venesuela prezidentinin bığını yandırmaqla hədələyib

X sosial şəbəkəsinin sahibi və sahibkar İlon Mask Venesuela Prezidenti Nikolas Maduronu, X platformasının fəaliyyətinin dayandırılmasına cavab olaraq, zarafatla təhdid edib.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sosial şəbəkədə Maskdan, Maduroya cavab olaraq kosmik lazerlər hazırlayıb-hazırlamadığını soruşublar.  Mask da cavab olaraq "Biz onun bığını kosmosdan yandıra bilərik!" deyib.

Qeyd edək ki, Venesuela prezidenti amerikalı milyarder İlon Maskın sahibi olduğu platformanı nifrət və vətəndaş müharibəsi qızışdırmaqda ittiham etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
8
baku.ws

10Mənbələr