AZ

Qəzzada ölənlərin sayı 40 minə çatdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 32 nəfər artaraq 39 min 929-a çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada, İsrail ordusunun son sutka ərzində Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi, bu hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 88 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 min 929-a, yaralıların sayının isə 92 min 240-a yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
demokrat.az

7Mənbələr