AZ

328 gündür davam edən soyqırım: Qəzzada ölənlərin sayı artdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən  Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 40 min 602-yə yüksəlib.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. 

Belə ki, İsrail ordusu son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “4 qırğın” həyata keçirib, bu hücumlarda  68 fələstinlinin həyatını itirib, 77 nəfər isə yaralanıb. 

Müharibə başlayandan Qəzzada 40 min 602 nəfər ölüb, yaralı sayının isə 93 min 855-ə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu deyilir. Lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçiləri cəsədləri götürə bilmirlər.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
3
sitat.info

7Mənbələr