AZ

328 gündür müharibə davam edir... - Ölənlərin sayı artır

Qəzzada ölənlərin sayı 40 min 602-yə yüksəlib.

Bakupost.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayıb.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində “4 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 68 fələstinlinin həyatını itirdiyi, 77 fələstinlinin isə yaralandığı bildirilib.

Hücumlarda ölənlərin sayı 40 min 602, yaralı sayı isə 93 min 855-ə yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
bakupost.az

7Mənbələr