AZ

Revanşist Abramyan: Sülh gündəmi imitasiyadan ibarətdir

Hökumətin təbliğatı seçmə məntiqə əsaslanır, burada prioritet xalqı sülh gətirəcəklərinə inandırmaqdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin üzvü, revanşist siyasətçi Tiqran Abramyana məxsusdur.

“Bu adamlar (Paşinyanın komandası-red.) seçimlərin məntiqindən danışanda onların adi və ya fövqəladə olmasının fərqi yoxdur.
Hakim partiyanın zirvəsi nə qədər fəal şəkildə asfalt təbliğatı siyasəti aparsa da, əsas diqqət sülh gündminə və ya onun imitasiyasına yönəlib.

Bu məqsədlə hakimiyyət blef edəcək, məkrli hərəkətlər edəcək, xalqı çaşdıracaq ki, sadəcə olaraq bu yalanı bəzilərinin başına müvəqqəti yerləşdirə bilsin.

Paşinyan iqtidarı ilə heç vaxt sülh olmayacaq”, - deyə Abramyan yazıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
4
musavat.com

10Mənbələr