AZ

Abramyan: Kommunikasiyalarla bağlı bənd...

Xəbər verildiyi kimi, Bakı və İrəvan kommunikasiyaların bloklanması məsələsini sülh müqaviləsi danışıqlarından çıxarmaq və daha sonra müzakirə etmək barədə razılığa gəliblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist depuatı Tiqran Abramyan yazıb.

“Əgər Bakı üçün bu məqam “dəhliz” əldə etmək imkanıdırsa, Ermənistan üçün bu, illərdir davam edən blokadadan çıxmaq imkanıdır. Lakin bunu heç bir halda “dəhliz” hesabına əldə etmək olmaz”, - deyə Abramyan bildirib.

Deyilənə görə, Azərbaycan bu addımı Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələnin ən qısa müddətə həll olunması üçün atıb.

Belə görünür ki, tərəflərin hansı konkret sahələrdə, hansı məsələləri müzakirə etdiyi ancaq çox səthi və ümumi şəkildə aydın olur”,-deyə erməni deputat qeyd edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
4
musavat.com

10Mənbələr