AZ

“Ukrayna Rusiyanın bu şəhərlərinə də girə bilər” - Politoloq

Rusiya Federasiyasının Ali Məhkəməsi Müdafiə Nazirliyi ilə müqavilə bağlayan və ya səfərbərliyə çağırılan müttəhimlərin cinayət məsuliyyətindən azad edilməsini təklif edib. Hazırda müvafiq qanun layihəsi RF Silahlı Qüvvələrinin plenumunda müzakirə olunur.




Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya ordusunda çoxdan canlı qüvvə çatışmazlığı müşahidə olunduğunu bildirib.
O, Rusiyanın dustaqları əfv edərək hərbi xidmətə göndərdiyini deyib:

“İndi buna bir az qanuni don geyindirirlər. Dustlaqlar əfv edilərək cəbhəyə göndərilir və bununla da şəxsi heyətin tamamlanması prosesini həyata keçirirlər”.

Q.Hüseynli Ukraynanın Kursk vilayətindən sonra Rusiyanın digər şəhərlərinə də hücum edə biləcəyini bildirib:

“Rusiya Kurska görə Ukraynaya cavab zərbəsi endirəcək. Amma ola bilsin ki, Ukrayna ordusu Voronej və Rostov istiqamətində də irəliləsin”.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
bakupost.az

10Mənbələr