AZ

Temerlan Əsgərxanov həbsdən azad edildi və Ukraynadakı müharibəyə yollandı

Boris Nemtsovun qətli işi üzrə təqsirli bilinən Temerlan Əsgərxanov həbsdən azad edilib və Ukraynadakı müharibədə iştirak edir. 

Musavat com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Temerlan Əsgərxanov 2024-cü ilin martında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, əfv olunub, bundan sonra koloniyadan azad edilib. Hücum bölmələrindən birinə gedib.

Qeyd  edək ki, müxalif lider Boris Nemtsov 2015-ci il, fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
8
medianews.az

10Mənbələr