AZ

Temerlan Əsgərxanov həbsdən azad edildi

Boris Nemtsovun qətli işi üzrə təqsirli bilinən Temerlan Əsgərxanov həbsdən azad edilib və Ukraynadakı müharibədə iştirak edir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Temerlan Əsgərxanov 2024-cü ilin martında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, əfv olunub, bundan sonra koloniyadan azad edilib. Hücum bölmələrindən birinə gedib.

Qeyd  edək ki, müxalif lider Boris Nemtsov 2015-ci il, fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
8
nocomment.az

10Mənbələr