AZ

FTB İranın Trampın seçki qərargahına kiberhücumunu araşdırdırır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) İranın Respublikaçı Donald Trampın seçki qərargahına təşkil etdiyi kiberhücumla bağlı araşdırma apardığını təsdiqləyib.

“Report” xəbər verir ki, kəşfiyyat xidmətinin nümayəndəsi “TASS”a deyib:

“Biz FTB-nin bu məsələ ilə bağlı araşdırma apardığını təsdiqləyə bilərik”.

Qeyd edək ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı xarici hakerlərin kiberhücumuna məruz qalıb.

Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə Trampın seçki qərargahına kiberhücumda İranın iştirakı ilə bağlı iddiaların doğruluğunu şərh etməyə hazır olmadığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
21
report.az

10Mənbələr