AZ

FTB Trampın sui-qəsd cəhdi zamanı güllələndiyini təsdiqləyib

Federal Təhqiqatlar Bürosu sabiq ABŞ prezidenti və prezidentliyə namizəd Donald Trampın yaralanması ilə bağlı şübhələri aradan qaldırıb.

QAZÌLER.AZ  APA-ya istinaden xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) respublikaçı Donald Trampın mitinqdə güllə və ya onun parçaları ilə yaralandığını təsdiqləyib. “Associated Press“ agentliyinin verdiyi məlumata görə, bu barədə FTB-nin bəyanatında deyilir.

Bəyanatdan belə çıxır ki, sabiq prezident Trampın qulağına öldürülən snayperin tüfəngindən açılan bütöv bir güllə və ya onun parçaları dəyib.

Qeyd edək ki, bundan əvvəl FTB direktoru Kristofer Ray ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsində keçirilən dinləmələrdə Trampın sui-qəsd zamanı güllə yarası almasına şübhə ilə yanaşmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
21
qaziler.az

10Mənbələr