AZ

FTB Trampın güllə yarası aldığını təsdiqlədi

abş
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) respublikaçı Donald Trampın mitinqdə güllə və ya onun parçaları ilə yaralandığını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FTB-nin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, keçmiş prezident Trampın qulağına öldürülən atıcının tüfəngindən açılan bütöv bir güllə və ya onun parçaları dəyib.
Beləliklə, FTB noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan keçmiş Amerika liderinin zədəsinin xarakteri ilə bağlı şübhələri aradan qaldırıb.
Qeyd edək ki, bundan əvvəl FTB direktoru Kristofer Ray ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsində keçirilən dinləmələrdə Trampın sui-qəsd cəhdi zamanı güllə yarası almasına şübhə ilə yanaşmışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
21
yeniavaz.com

10Mənbələr