AZ

"Zəhərlənmə əsasən isti havada baş verir, çünki bakteriyalar..." — Həkim

Son zamanlar insanlar arasında zəhərlənmə halları kəskin artıb. İnsanlar əsasən qida zəhərlənmələrindən şikayət edirlər. Bəs, buna səbəb nədir? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında  həkim Mərdan Əliyev bildirib ki, qida zəhərlənmələri yay mövsümündə daha çox baş verir:

“Bu, havaların isti olması ilə əlaqəlidir. Ümumiyyətlə, qida zəhərlənməsi qidanın bir neçə şəxs yeyirsə, onlardan ən azı iki və üç nəfərdə simptomlar müşahidə olunursa, bu qida zəhərlənməsi hesab olunur. Qida zəhərlənməsi toylarda və digər belə kütləvi tədbirlərdə insan zəhərlənmələrinə səbəb olur. Bu da dediyim kimi, eyni qidadan daha çox insanın yeməsinə bağlı olur. Bilirsiniz ki, bizim ətrafımız bakteriyalarla doludur. Əslində yaşamaq üçün rəqabətdəyik. Məsələn, bizim immun sistemi zəif olarsa, onlar bizə orqanizmimizə daxil olur, bizi xəstələndirir. Bakteriyalar isti havalarda daha aktiv olurlar və qidalar onlar üçün əsas yoluxma  mənbəyidir və bu düzgün saxlanılmayan qidalarda mütləq bakteriyalar toplaşır, sürətlə yayılır və çoxalırlar”.

Həkim qeyd edib ki, əksər qidalar qida zəhərlənməsinə səbəb ola bilər:

“Bəziləri daha çox, bəziləri daha az qida zəhərlənməsinə səbəb ola bilər. Xüsusən protein tərkibli qidalarda,  ət və ət məhsulları daha çox zəhərlənməyə səbəb ola bilər. Amma dediyim kimi əksər hallarda hətta yemiş qarpız meyvələrin də düzgün saxlanılmırsa, istidə yerdə saxlanılırsa, bu da yenə qida zəhərlənməsinə səbəb ola bilər.

Zəhərləndiyimizi necə bilirik?

 Mədə bağırsaq simptomları dispektiv simptomlar inkişaf edir və ürək bulanma, qusma və ishal və bir az da ağır hallarda bədən hərarətinin yüksəlməsi, yəni qızdırmanın 40 dərəcəyə qədər yüksəlməsi ilə müşahidə oluna bilir. Bunun qarşısını almaq üçün neyləmək lazımdır?  Bunun qarşısını almaq üçün qidaların düzgün saxlanılması, düzgün hazırlanmasına mütləq fikir vermək lazımdır”.

Mehriban Mirzəzadə
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
43
demokrat.az

10Mənbələr