AZ

"Bəzi südlər əsl xəstəlik mənbəyidir" -  Ekspertdən ŞOK AÇIQLAMA

"Bəzi "Bəzi südlər əsl xəstəlik mənbəyidir" -

"Südün tərkibində insan orqanizmi üçün zəruri olan yüzdən çox faydalı komponent mövcuddur".

E-saglam.az xəbər verir ki, bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib. 

O vurğulayıb ki, südün tərkibində zülallar, bir sıra vitaminlər, immun cisimləri, laktoza, makro və mikro elementlər var:

"Amma südün tərkibi heyvanın növündən, cinsindən və yaşından asılı olur. Həmçinin, heyvanın yemləndirilməsi, saxlanma şəraiti və hətta fəsillərin dəyişkənliyi kimi amillər belə südün tərkibinə təsir göstərir". 

356935

Ekspert bildirib ki, hər heyvanın südünün özünəməxsus faydaları olur:

"Məsələn, inək, qoyun və ya camış südünün hər birinin özünəməxsus vitamin zənginliyi və xüsusiyyətləri olur. Həmçinin, keçi südü də olduqca faydalı və keyfiyyətlidir. Hətta bəzən keçi südü ana südünə bərabər hesab olunur. Ona görə də bir çox uşağa keçi südü verilir".

İlkin Şirinov qeyd edib ki, südün faydaları ilə yanaşı, zərərləri də var:

"Bütün faydalarına baxmayaraq, süd həm də xüsusi risk qrupuna daxil olan qidalar sırasındadır. Belə ki, südün saxlana şəraitinə, saxlanma temperaturuna əməl olunmasa, müxtəlif xəstəliklərə yol aça bilər. 

Keyfiyyətsiz süd içdikdə vərəm, bruselyoz, sarılıq kimi heyvan mənşəli xəstəliklərə yoluxma riski var. Həmçinin, qeyri-heyvan mənşəli xəstəliklərə də yoluxma ehtimalı mövcuddur. Ona görə də südün saxlama şəraitinə və yerinə diqqət etməliyik". 

Mütəxəssis satışda olan qablaşdırılmış südlər barədə də danışıb:

"Marketlərdə qutularda olan südlərin qablaşdıran, onların satışı ilə məşğul olan şirkətlərin anbarlarında monitorinqlər təşkil olunmalıdır. O zaman südlərin tərkibi haqqında nümunələr götürülər və həmin nümunələr laboratoriyalarda yoxlanılar. 

Nəzərə almaq lazımdır ki, südün saxlama şəraitinə uyğun olaraq tərkibi dəyişə və hansısa proseslər baş verə bilər. Ümumiyyətlə, saxlanma və qablaşdırma zamanı normativ qaydalara əməl olunmayan südlər əsl xəstəlik mənbəyidir".

E-saglam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
e-saglam.az

10Mənbələr