AZ

Paris-2024: Ən çox qızıl medal qazanan ölkələr - SİYAHI

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya oyunlarında ən çox qızıl  medal qazanan ölkələrin medal sıralaması müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, siyahıya ABŞ və Çin başçılıq edir. Hər iki ölkə keçirilən Yay Olimpiya oyunlarında 40 qızıl medal qazanıb.

Ümumi siyahı isə aşağıdakı kimidir:

1) ABŞ və Çin: 40 qızıl medal

2) Yaponiya: 20 qızıl medal

3) Avstraliya: 18 qızıl medal

4) Fransa: 16 qızıl medal

5) Hollandiya: 15 qızıl medal

6) Böyük Britaniya: 14 qızıl medal

7) Cənubi Koreya: 13 qızıl medal

8) İtaliya və Almaniya: 12 qızıl medal

9)  Yeni Zelandiya: 10 qızıl medal

10)  Kanada: 9 qızıl medal

Türk dövlətləri arasında ən çox qızıl medala sahib ölkələr Özbəkistan və Azərbaycan olub. Özbəkistan 8 qızıl medal ilə siyahıda 11 yerdə qərarlaşıb.

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını qızıl medal sayına görə, 16-cı pillələrdə başa vurub. Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medal qazanaraq olimpiya çempionu olublar. Ölkəmiz ümumilikdə isə aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bir bölüşüb.

Qeyd edək ki, İran İslam Respublikası və  Gürcüstan Parisdə keçirilən Yay Olimpiya oyunlarında 3 qızıl medal qazana bilib. Türkiyə (3 gümüş, 3 bürünc) və Ermənistan (3 gümüş, 1 bürünc) olimpiya oyunlarında qızıl medal əldə edə bilməyib.

Seçilən
116
18
operativmedia.az

10Mənbələr