AZ

Paris-2024: ABŞ Çini qabaqlayaraq medal sıralamasında Olimpiadanın qalibi oldu

Parisd-2024 Yay Olimpiya Oyunlarının son oyun günündə, sonuncu qarşılaşma baş tutub. Matc.az xəbər verir ki, ABŞ-ın qadın basketbol komandası final oyununda Fransaya qalib gələrək, amerikalıların aktivinə daha bir qızıl medal əlavə edib. Bununla da, ABŞ komandası Olimpiadanın medal sıralamasında qalib gəlib. ABŞ-ın hesabında 127 medal var (40 qızıl, 44 gümüş, 43 bürünc). Çin idmançıları 91 medalla (40 qızıl, 27 gümüş, 24 bürünc) sıralamasında ikinci yeri tutublar. Yaponiya isə (45 medal: 20 qızıl, 12 gümüş, 13 bürünc) üçüncü olub. Azərbaycan millisi isə Olimpiadanı 7 medalla (2 qızıl, 2 gümüş, 3 bürünc) 30-cu sırada başa vurub. Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  

Seçilən
124
50
matc.az

10Mənbələr