AZ

Türk dünyasının Paris qələbəsi - 11 qızıl MEDAL

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları başa çatıb. 

Modern.az xəbər verir ki, medal qazanmış ölkələr siyahısında Türk dövlətləri də yer alır.

Türk Dövlətləri Təşkilatının (TDT) üzvü olan üç ölkə qızıl medal qazanıb. Bunlar Azərbaycan, Qazaxıstan və Özbəkistandır.

 

Özbəkistan TDT ölkələri arasında ən çox qızıl medal qazanan ölkədir. Bu ölkə boksda 5, cüdo, güləş və taekvandoda 1 olmaqla 8 qızıl medal qazanıb. Özbəkistan yarışı 13 qızıl medalla başa vurub.

 

Azərbaycanın aktivində isə 2 qızıl medal var. Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

 

Qazaxıstan isə olimpiadanı 7 medalla başa vurub. Qazaxıstan cüdoçusu Yeldos Smetov bu ölkənin yeganə qızıl medalını qazanıb.

 

Türkiyə qızıl medal qazanmasa da, yarışı 8 medalla başa çatdırıb.


TDT üzvü olan Qırğızıstan idmançıları isə 2 bürünc, 4 gümüş medal qazanıb.

Seçilən
127
2
modern.az

10Mənbələr