AZ

MSK sədri deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayını AÇIQLADI

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin 125 seçki dairəsi üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
6
milli.az

10Mənbələr