AZ

1052 deputatlığa namizəd qeydə alındı

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin 125 seçki dairəsi üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-nə təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
6
e-huquq.az

10Mənbələr