AZ

Kiyev uzaqmənzilli raketlərdən istifadəyə görə ABŞ-a müraciət edib

Ukrayna ordusu Rusiyanın Kursk bölgəsinə daxil olduqdan sonra Ukrayna rəsmiləri Rusiya ərazisinə ATACMS -dən zərbələr endirmək icazəsi almaq üçün yenidən ABŞ-a müraciət ediblər.

Azpost.info bildirir ki, bu barədə Zelenskinin adını çəkilməsini istəməyən müşavirlərindən biri The Washington Post”  qəzetinə bildirib.

Ukrayna Rusiyanın  hərbi aerodromları bombalamaq üçün uzaqmənzilli raketlərdən istifadə edilməsini planlaşdırır. Nəşrin həmsöhbətinin sözlərinə görə, belə bir siyasi qərar Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətinin işğal olunmuş ərazilərini qoruyub saxlamağa imkan verəcək. “Bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək – məsələ budur” -deyə müşavir bildirib.

Zelenskinin müşaviri aydınlaşdırıb ki, üç gün ərzində Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri təxminən 100 km² ərazini ələ keçirib və yüzlərlə rus əsgərini əsir götürüb. Onlar “Qazprom”un Avropaya yanacaq tədarükü üçün istifadə etdiyi “Sudja” qaz ölçmə stansiyasına da nəzarət edirlər. O qeyd edib ki, bu dəfə Ukrayna əvvəlki reydlərdə olduğundan qat-qat çox qoşun istifadə edib. Bu hucum əsasən ruslardan yaradılmış könüllü birləşmələr tərəfindən həyata keçirilib.

Hücumda Qərbin zirehli texnikası və tankları ilə təchiz edilmiş elit hücum briqadalarının təxminən 1000 əsgəri iştirak edə bilər. Bu barədə Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov məlumat verib. Videolarda ABŞ tərəfindən təmin edilən Stryker döyüş maşınlarını və Alman Marder piyada döyüş maşınlarını görmək olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
azpost.info

10Mənbələr