AZ

Gözlər Kurska DİKİLDİ: Müharibənin gedişatı NECƏ OLACAQ? - ŞƏRH

Gözlər Kurska DİKİLDİ: Müharibənin gedişatı NECƏ OLACAQ? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Ukrayna Rusiyanın zəif müdafiə olunan Kursk bölgəsinə qarşı zirehli hücuma keçib. Bu, mülki əhali arasında panikaya səbəb oldu və Moskvanı təcili olaraq əlavə qoşun göndərməyə məcbur etdi. Ukrayna əsgəri sürətlə hərəkət edən zirehli maşınlarla irəlilədikcə Rusiya sərhədinə yaxın kəndlər boşaldılıb. Rusiya Ukrayna bölmələri ilə qarşılaşmaq üçün ordu hissələri, sərhədçilər və döyüş təyyarələrini yerləşdirib və çərşənbə günü Ukrayna qüvvələrini dayandırdığını bildirib. Rusiya ordusuna yaxın rus hərbi bloqçuları Ukraynanın bir neçə kəndi ələ keçirərək iki istiqamətdə bir neçə kilometr irəlilədiyini bildiriblər.

İnternetdə "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) döyüşçülərinin Ukrayna ordusunun hücum etdiyi Kursk vilayətinə göndərilməsini əks etdirən kadrlar yayılıb. Videoda yük maşınının arxasında olan "Vaqner"çilərdən birinin öz döyüş yoldaşlarını ruhlandırdığı görünür. Belə olan təqdirdə Rusiya-Urayna müharibəsində hansı vəziyyət formalaşacaq?

Mövzunu Sonxeber.az-a şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Ukraynanın Kurskda apardığı əməliyyat müharibənin Rusiya ərazisinə keçməsidir:

"Başqa sözlə, Ukrayna Rusiyaya bu yolla cavab verir. Nəzərə alsaq ki, Kursk Oryol-Moskva vilayəti ətrafındadır. Deməli Ukrayna Rusiya ilə Moskva ətrafı bölgədə müharibəni genişləndirir. Bu həm də, Ukrayna torpaqlarının işğalına və ilhaqına cavabdır. Çünki Rusiya Krım, Luqansk, Donetski və Xarkovu özünün ərazisi hesab edir. Həmin ərazilərdə- Luqansk və Donetsk istiqamətində isə Ukrayna Rusiya ilə müharibə aparır".

Siyasi şərhçinin sözlərinə görə, məsələyə Rusiyanın yanaşmasından baxsaq, ərazi bütövlüyü çoxdan pozulub: "Amma Ukrayna isə Rusiyadan əvəz çıxır. Daha doğrusu ona qarşı cavab verir. Başqa sözlə, müharibə Rusiyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində davam edir. Bu məsələ bir qədər genişlənsə, Rusiyanın Avropa hissəsində xaosa səbəb ola bilər".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
sonxeber.az

10Mənbələr