AZ

Rusiya onlara möhtac qaldı: "Vaqner" bu şəhərə doğru hərəkət edir

 “Vaqner” RMC-nin bölmələri sərhəddə hərbi əməliyyatlara qoşulmaq və ukraynalıların hücumuna müqavimət göstərmək üçün Kurksa hərəkət edir.

Bu barədə “On üçüncü” təxəllüsü ilə tanınan hərbi müxbir Yeqor Quzenko məlumat verib.

“Vaqner” döyüşçüləri Rusiyaya qayıdırlar”, - hərbi müxbir öz Telegram kanalında yazıb.

Quzenkonun materialında "Vaqner" döyüşçülərinin Ukrayna silahlı qüvvələrinin mövqelərini darmadağın etmək üçün Kurska hərəkət etdiyi bildirilir.

Bundan əvvəl Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin bölgəyə intensiv hücumu ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Kursk vilayətinin səmasında 5 raket məhv edilib. Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib. O, həmçinin altı pilotsuz təyyarənin vurulduğunu bildirib.

Ukrayna KİV-i iddia edir ki, onların hərbçiləri Kurskda bir sıra kəndləri ələ keçirə bilib, həmçinin rus hərbçilərini əsir götürüblər./Publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
referans.az

10Mənbələr