AZ

Polşa "düşmən qardaş"ına etibar etmir: Milyardlar xərcləyir ki...

Polşa da şərq sərhədini gücləndirməyi planlaşdırır. Bu, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat səbəbindən düşünülüb.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Tomaş Siemonyak bildirib.

"Bu, inqilabi layihədir, mülki müdafiə sistemini dəyişdirir", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, layihəyə milyardlarla dollar xərclənəcək.

Qeyd olunur ki, hazırda Polşa hökuməti fövqəladə hallar zamanı departamentlərin fəaliyyətini əlaqələndirməyə və əhalinin mühafizəsi ilə bağlı bütün məsələləri hərtərəfli tənzimləyən hüquqi aktın qəbul edilməsi ilə bağlı dövlət auditorlarının müraciətlərini təmin etməyə çalışır.

Seçilən
94
21
publika.az

10Mənbələr